Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - 14 nəfər təxliyə edildi
27
fev
2020
08:55
Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Sumqayıtda yaşayış binasında yanğın – İnsanlar təxliyə olundu
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, binanın ikinci mərtəbəs...