Sumqayıtda dördmərtəbəli binada yanğın olub, 15 nəfər təxliyə olunub
18
dek
2023
09:18
Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac, 6 ədəd elektrik açarı və 6 p.m elektrik kabeli yanıb.
BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər bina sakini təxliyə edilib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib...