Bakıda və Abşeronda avtomobil oğruları peyda olub - SAXLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Polis Yasamal və Abşeron rayonlarında avtomobil qaçıran şəxsləri saxlayıb.
BAKU.WSn xəbər verir ki, noyabrın 29-da gecə saatlarında Yasamal rayonu ərazisindən "KİA" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Salahov avtomobili idarə edərkən saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Xırdalan şəhəri ərazisindən "KİA" markalı avtomobil qaçırmaqda şübhəli bilinən 28 yaşlı S.Aydınov avtomobillə birgə Digah qəsəbəsi ərazisində saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.