Bakıda vandalizm aktı: Heykəli məftillə sarıdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda daha bir utancverici hadisə olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən “Xaqani” bağındakı heykəlin boynuna məftil bağlayıblar.
Paytaxt sakinlərinin, eləcə də turistlərin xoş istirahəti üçün yaradılan şəraitə, səliqəyə ziyan verən şəxslər barəsində dəfələrlə hüquq-mühafizə orqanları tərəfindən tədbir görülüb. Amma təəssüf ki, bu kimi xoşagəlməz hallar hələ də davam edir.
Qeyd edək ki, ötən gün Dənizkənarı Milli Parkda kaktusların üzərinə yazı yazaraq ziyan vuran qadın barəsində də hüquqi müstəvidə tədbir görülmüşdü.
Oxşar xəbərlər
Bulvarda dekorativ ağaca zədə vuran qadın cərimələnib - YENİLƏNİB
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə. (ad, soyadı şərti) cərimələnib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkə...