Bulvarda kaktusu yandıran şəxsin cəzası bəlli oldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün sosial şəbəkələrdə Bakı bulvarında bir gəncin park ərazisindəki kaktusun yarpaqlarını yandırmasını əks etdirən görüntülər yayılmışdı.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, günorta vaxtı hər kəsin gözü qarşısında əlindəki alışqanla Milli Parkdakı kaktusları kəsilərək yandırılır.
“Ağaca bunu etmə, təəssüf doğurur” deyən şəxsə isə səsindəki kinayə ilə "bacarırsansa gəl səndə et"- deyə cavab qaytarır.
Hadisə ilə bağlı danışan paytaxt sakinləri də nəinki dekorativ ağaclara, ümumiyyətlə təbiətə ziyan vurulmasını sərt tənqid etdilər.
Məsələyə münasibət bildirən Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva bildirib ki, Milli Park hər kəsin milli dəyəri olmalıdır.
Dənizkənarı Bulvar İdarəsi bir daha insanları paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumağa çağırır.
“İdarə Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı video-görüntü yayıldıqdan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət edib”
DİN-in Mətbuat xidmətindən bildirilib ki, Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.
Əməli törədən şəxs - 2003-cü il təvəllüdlü Varis Etibar oğlu Cəfərli Polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Məhkəmə qərarı ilə Varis Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...