DİN Bakıda məktəbli ilə bağlı insidentə aydınlıq gətirib

Naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı BAKU.WS-ə açıqlamasında bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs - 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb.
"Araşdırmalarla əməldə hər hansı kriminal tərkib müəyyən olunmayıb.
Məktəbli yeniyetmələr arasında narazılığa səbəb olan halların aradan qaldırılması üzrə polis əməkdaşları tərəfindən tədbirlər görülür ", - deyə İ. Əmiraslanlı qeyd edib.
***12:28
Bakıda uşaq oğrusunun peyda olduğu iddia edilir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində, məscidin yaxınlığında qeydə alınıb.

İddialara görə, bir nəfər maskalı şəxs küçədə oynayan uşağı qaçırmağa cəhd göstərib. Lakin ətrafdakıların müdaxiləsindən sonra hadisənin qarşısı alınıb.
Şikayətçi bildirir ki, zərərçəkmiş uşağın ailəsi polisə məlumat verib.
Məsələ barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı BAKU.WS-ə açıqlamasında bildirdi ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.
Məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırmalara başlanılıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Banu Hüseynli

Oxşar xəbərlər
Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş
Lənkəranın Vələdi kəndində bədbəxt hadisə baş verib 66 yaşlı Əzizağa Ağayev balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Onun qohumu Aq...