Bakıda uğurlu əməliyyat - Polis “Səbiş”i saxladı - VİDEO

Bakıda uğurlu əməliyyat - Polis “Səbiş”i saxladı - VİDEO
Video
Hadisə 2226
Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb.Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan “Səbiş” adlı şəxsdən aldığını bildirib.Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı uilə məşğul olduğunu etiraf edib.Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçünBinəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Oxşar xəbərlər

“Eskobar”ın yaxın adamı Bakıda həbs edildi

“Eskobar”ın yaxın adamı Bakıda həbs edildi

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqı...

1665 Hadisə 18:53 09 may 2019

Son xəbərlər