“Eskobar”ın yaxın adamı Bakıda həbs edildi
09
may
2019
18:53
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin daha bir üzvü tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Taleh Mehdiyev saxlanılıb.Araşdırma zamanı onun ötən ay saxlanılan "Eskobar” ləqəbli narkotacir Məhəmməd Məmmədzadə ilə birlikdə Azərbaycana qanunsuz olaraq satmaq məqsədi ilə narkotik vasitələr gətirdiyi sübut olunub. Xatırladaq ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aprel ayında həyata keçirilən əməliyyat zamanı M.Məmmədzadə və narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan şəbəkə ifşa edilib. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanlı “Eskobar”dan YENİ XƏBƏR - FOTO
Xətai rayonunda “Eskobar”ın dəstəsinin daha bir üzvü saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliynin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumat...