Azərbaycanlı “Eskobar”dan YENİ XƏBƏR - FOTO
09
may
2019
15:31
Xətai rayonunda “Eskobar”ın dəstəsinin daha bir üzvü saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliynin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin daha bir üzvü saxlanılıb. Həyata keçirilən əməliyyat zamanı paytaxt sakini Taleh Mehdiyev saxlanılıb.
Araşdırma zamanı onun ötən ay saxlanılan “Eskobar” ləqəbli narkotacin Məhəmməd Məmmədzadə ilə birlikdə Azərbaycana qanunsuz olaraq satmaq məqsədi ilə narkotik vasitələr gətirdiyi sübuta yetirilib. Xatırladaq ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aprel ayında həyata keçirilən əməliyyat zamanı M.Məmmədzadə və narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan şəbəkə ifşa edilib.M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycana narkotik vasitə gətirənlər saxlanıldılar – FOTO
Azərbaycana satmaq məqsədi ilə narkotik vasitə gətirən şəxslər polislər tərəfindən saxlanılıblar.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS...