Bakıda toy mərasimində mübahisə kütləvi dava ilə nəticələnib, xəsarət alan var

Bakıda toy mərasimində mübahisə kütləvi dava ilə nəticələnib, xəsarət alan var
Hadisə 7

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində toy mərasimində yaranan mübahisə kütləvi dava ilə nəticələnib, 27 yaşlı gənc ağır xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə zamanı 1996-cı il təvəllüdlü Musaqulu Mübariz oğlu Bəşirov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz-baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər