Bakıda telefon rabitə xətti kəsilərək oğurlanıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər rayonu Qala qəsəbəsi ərazisində telefon rabitə xətti naməlum şəxs tərəfindən kəsilərək oğurlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Müvafiq qurumdan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edilərək ümumilikdə 220 metr naqilin oğurlandığı barədə məlumat verilib.
Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı telefon-rabitə xəttini oğurlamaqda şübhəli bilinən Şəki şəhər sakini Fərahim Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən oğurladığı naqilin bir hissəsi aşkar edilib. Naqilin qalan hissəsini isə o, əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.
Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib.
"Fərahim Əliyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda rabitə kabeli oğurlanıb - VİDEO/FOTO
Xəzər rayonu Qala qəsəbəsində yerləşən 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanı...