Bakıda təcili yardım maşını ilə yük daşınmasına Səhiyyə Nazirliyindən AÇIQLAMA - VİDEO

24
sen
2019
12:49
Ötən gün Bakıda təcili yardım maşını ilə tikinti matreallarının daşınması ilə bağlı informasiya vermişdik. Məsələyə Səhiyyə Nazirliyi münasibət bildirib.Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur:"Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir.Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər", - deyə məlumatda bildirilib.Qeyd edək ki, paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsində təcili yardım maşını ilə tikinti materialları aparıblar.Hadisənin görüntülərini təqdim edən şəxs deyib ki, maşına sement, tikinti materialları, plastik qapı-pəncərə çərçivəsi, pəncərə şüşəsi yükləyiblər.
Oxşar xəbərlər
Bakıda təcili yardım maşını ilə görün nə daşıdılar - VİDEO
Bakıda təcili tibbi yardım maşını ilə xəstə əvəzinə mebel daşınması ilə bağlı məlumat vermişdik. Bu dəfə isə paytaxtda təcili yardım maşını ilə xəstə əvəzinə ti...
