Bakıda təcili yardım maşını ilə görün nə daşıdılar - VİDEO

23
sen
2019
16:50
Bakıda təcili tibbi yardım maşını ilə xəstə əvəzinə mebel daşınması ilə bağlı məlumat vermişdik. Bu dəfə isə paytaxtda təcili yardım maşını ilə xəstə əvəzinə tikinti materialları daşıyıblar.Hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə bildiriblər ki, paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsində təcili yardım maşını ilə tikinti matrealları aparıblar.Hadisənin görüntülərini təqdim edən şəxs deyib ki, maşına sement, tikinti matrealları, plastik qapı-pəncərə çərçivəsi, pəncərə şüşəsi yükləyiblər.Qeyd edək ki, bir müddət əvvəl də analoji hadisə baş vermişdi. Təcili yardım maşını ilə mebel daşımışdılar. Həmin hadisənin görüntüləri yayılandan sonra sürücü bildirmişdi ki, təcili yardım stansiyasının rəhbərliyinin göstərişi ilə bu işi görüb. Sonradan isə həmin sürücü vəzifədən kənarlaşdırılmışdı.Cavid Babayev
Oxşar xəbərlər
Təcili yardım maşını ilə yük daşıyan sürücü: “Başqa iş də edirik” - VİDEO
Bakıda təcili yardım maşını ilə yük daşıyan sürücü onun videosunu yaydığımıza görə redaksiyamıza zəng vuraraq təhdid edib.BAKU.WS xəbər verir ki, sürücü zəng vu...
