Yolda hoqqa çıxaran ambulansın qadın sərnişini: "Sərinləyirik" - ŞOK VİDEO
Ağdaş rayonunda təcili tibbi yardım avtomobili özbaşınalıq edib.
1Xəbər.com-a daxil olan məlumata görə, 03-AC-162 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını təyinatı üzrə istifadə edilmək əvəzinə, vəzifəsindən sui-istifadə olunub. Belə ki, qapısı açıq hərəkət edən təcili tibbi yardım maşını diqqəti çəkib. İlk öncə, hadisə şahidləri düşünüb ki, maşın içərisində xəstə ola-ola hərəkət edir. Təcili yardım maşını saxladıldıqdan sonra isə məsələyə aydınlıq gəlib.
"Ambulans" hər hansı xəstəni yox, əkin sahəsində çalışan qadınları daşıyırmış. Bir növ təcili tibbi yardım avtomobili taksi funksiyasını yerinə yetirir. Həmin qadınlar qapının açıq olmasına isə "sərinləyirik, onun üçün qapını açıq saxlamışıq" - deyə, cavab veriblər.
Həmin görüntüləri sizə təqdim edirik.
BAKU.WS
Oxşar xəbərlər
"Sovetski"də yanğın baş verir
Bakıda "Sovetski” adlanan ərazidə yanğın baş verir. Trend-in məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) "Əfsanə" kafesi ilə üzbəüz sökül...