SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda təcili tibbi yardım maşını ilə xəstə əvəzinə mebel daşınması ilə bağlı məlumat vermişdik. Bu dəfə isə paytaxtda təcili yardım maşını ilə xəstə əvəzinə tikinti materialları daşıyıblar.

Hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə bildiriblər ki, paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsində təcili yardım maşını ilə tikinti matrealları aparıblar.

Hadisənin görüntülərini təqdim edən şəxs deyib ki, maşına sement, tikinti matrealları, plastik qapı-pəncərə çərçivəsi, pəncərə şüşəsi yükləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl də analoji hadisə baş vermişdi. Təcili yardım maşını ilə mebel daşımışdılar. Həmin hadisənin görüntüləri yayılandan sonra sürücü bildirmişdi ki, təcili yardım stansiyasının rəhbərliyinin göstərişi ilə bu işi görüb. Sonradan isə həmin sürücü vəzifədən kənarlaşdırılmışdı.

Cavid Babayev
BAKU.WS
VİDEO