Dünən Festivalda 6 idmançı təcili yardıma müraciət edib

Dünən Festivalda 6 idmançı təcili yardıma müraciət edib
İdman 354
Ötən gün Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub.Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.Bildirilib ki, müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər.18 yaşlı türkiyəli basketbolçu qız sol diz oynağının travması ilə müraciət edib onu Təcili Tibbi yardım briqadası KTM ə çatdırıb. Yardım edildikdən sonra buraxılıb. Vəziyyəti normaldır.

Son xəbərlər