Bakıda tarixi binanın görünüşünə qanunsuz müdaxilə - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtımızda yeni bir tendensiya müşahidə olunmaqdadır. Tarixi əhəmiyyətə malik binalara qanunsuz müdaxilələrin sayı günü-gündən artır.
Belə ki, Ağamusa Nağıyevə məxsus 28 May küçəsində yerləşən, polşalı memar tərəfindən layihələndirilən Azərbaycan memarlıq abidələrinin incilərindən hesab olunan binanın fasadına müdaxilə edilib. Daş fasad bərpa olunmaq əvəzinə, sadəcə boyanıb.
Memar Elçin Əliyev qeyd edib ki, bu kimi halların sayı artarsa, tarixi görünüşü ilə fəxr etdiyimiz paytaxtın görkəmi yaxın illərdə tamamilə dəyişə bilər.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə yaratsaq da, suallarımızı cavablandıran olmadı.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...