Bakıda taksi piyadaları vurdu - Ölən və yaralanan var
15
noy
2019
11:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, taksi faəliyyəti ilə məşğul olan, 1990-cı il təvəllüdlü Orxan Məmmədov idarə etdiyi "Daevoo-Centra" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar - 1985-ci il təvəllüdlü Xəyyam Hümmətov və 1995-ci il təvəllüdlü Sahil Qaybalıyevi vurub.Nəticədə X.Hümmətov aldığı xəsarətlərdən ölüb, S.Qaybalıyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydasını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda YPX binasının yanında ağır qəza - sürücü öldü - VİDEO
Bakıda ağır yol qəzası olub.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Qala-Pirallahı yolunda baş verib.Gecə saatlarında Suraxanı qəsəbə sak...