Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib
12
mar
2025
21:21
Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib.
Paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində "Chevrolet" markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurması faktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar verilib.
Cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Bu mağazada yarım milyonluq yeyinti - Menecer həbs edildi
Bakıda "Exclusive" mağazasının meneceri yeyinti ittihamı ilə həbs edilib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Fərid Məmmədov əsasən geyim məhsullar...