Bakıda sürücü icarəyə götürdüyü avtomobillə qəza etdi - VİDEO

11
okt
2019
08:59
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla verir ki, hadisə "Beş mərtəbə" adlanan ərazidə baş verib.Belə ki, Ceyhun Quliyev icarəyə götürdüyü "KİA Optima" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yol hərəkəti qaydasını kobud şəkildə pozub. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq "Qış parkı" ətrafındakı yolun səkisinə çırpılıb.Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb.Hadisə ilə əlaqədar olaraq əraziyə Yasamal Rayon Polis İdarəsi və DYP əməkdaşları cəlb edilib.Fakt üzrə araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda xanım sürücü avtomobili ağaca çırpıb
Bakının Nərimanov rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, qəza Ə.Rəcəbli kü...
