Bakıda silahlı şəxs saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sumqayıt şəhər sakini İlkin İsmayılov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq və 6 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.
Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Bakıda bir nəfər tapança ilə saxlanıldı - FOTO
Bakı sakinində silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21...