Bakıda bir nəfər tapança ilə saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı sakinində silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci Polis Bölməsinin (PB) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.
Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş paytaxt sakini Ağamehdi İslamov Nəsimi rayonu ərazisində tutulub.
Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı atəşə yararlı tapança, 7 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı 21-ci PB-də toplanan materiallar araşdırılması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Oxşar xəbərlər
Polis tapança ilə gəzən Natiqi tutdu - FOTO
Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nəsimi rayon Polis...