Bakıda silahlı dəstə zərərsizləşdirildi

Bakıda silahlı dəstə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Xaçmaz rayon sakini İdris Ramazanova məxsus "Mercedes” markalı avtomobilə baxış zamanı "Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.
İ.Ramazanov və sərnişinləri Şamaxı rayon sakinləri Kənanbəy Zülfüqarov, Mətləb Şıxəliyev və Lənkaran rayon sakini Tural Məhərrəmov saxlanılaraq RPİ-yə gətirilib.
Araşdırma zamanı silahın K.Zülfüqarova məxsus olması müəyyən olunub.
BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda narkotik alverçisi ilə polislər arasında silahlı insident
Azərbaycanda polis əməkdaşları ilə narkotik alverçiləri arasında insident yaşanıb. BAKU.WS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki...