Bakıda şagirdlərin intiharı ilə bağlı cinayət işi başlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda şagirdlərin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirillir.
Qeyd edək ki, hadisə ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, iki məktəbli qız - 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı birgə doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar edib.
Qızların Abşeronda eyni sinifdə oxuduqları və rəfiqə olduqları bildirilir.
Oxşar xəbərlər
Bakıda intihar edən qızlar haqda YENİ DETALLAR - Yeniyetmələrdən biri rəssam olub - FOTO
Bakıda birgə intihar edən qızlarla bağlı yeni detallar məlum olub. BAKU.WS-in intihar edən qızlardan biri olan Əfruz Səmədovanın qohumlarından əldə etdiyi məlum...