Bakıda sərxoş halda yola kreslo qoyub oturan şəxs həbs edildi
Bakının Nizami rayonunda yolun ortasına kreslo qoyaraq oturan şəxs həbs edilib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü A.C. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub, iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, A.C. içkili halda yolun ortasına kreslo qoyaraq oturub. Polis onu ərazidən uzaqlaşdırsa da, təqsirləndirilən şəxs bu dəfə "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən qəzet köşkündə satıcı işləyən xanıma sataşıb. O, qadına yaxınlaşaraq dostunun ondan xoşu gəldiyini deyib, onunla münasibətə razılıq verməyi tələb edib. Bundan sonra zərərçəkmiş qadının yaxınları polisə şikayət ediblər.
Məhkəmənin qərarı ilə A.C. səkkiz gün müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Ağdamda toyda dava: Xəsarət alan var
Ağdam rayonunda toyda dava düşüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib. Rayonun Əfətli kənd sakini Tamerlan Əliye...