Bakıda sərnişin avtobusu ağaca çırpıldı, sürücü və sərnişinlər xəsarət alıb - YENİLƏNİB/VİDEO

Bakıda sərnişin avtobusu ağaca çırpıldı, sürücü və sərnişinlər xəsarət alıb - YENİLƏNİB/VİDEO
Video
Hadisə 3

Bu gün saat 10:15 radələrində "Ayşən LTD"nin müvəqqəti istismarında olan 214 nömrəli müntəzəm marşrutda fəaliyyət göstərən, Şuşa qəsəbəsi istiqamətində hərəkətdə olan avtobusun sürücüsü ilkin məlumata görə Nizami rayonu Mehdi Abbasov küçəsində idarəetməni itirib, avtobus ağaca çırpılıb.

Bu barədə AYNA-dan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qəza nəticəsində sürücü və 5 sərnişin yüngül xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisənin dəqiq səbəbi hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacaq.

*** 10:40

Bakıda sərnişin avtobusu ağaca çırpılıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. Qəza zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Sözügedən videonu təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər