Bakıda sahibkarın avtomobilinə hücum çəkənlər HƏBS EDİLDİLƏR
Bakıda sürücünü döyüb avtomobilə ziyan vuran şəxslər həbs ediliblər.
BAKU.WS xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində "Chevrolet" markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurması faktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar verilib.
Cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs ediliblər.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, hadisədə zərərçəkən şəxs Elnur Miskərov sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Oxşar xəbərlər
Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş
Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, həyat yoldaşını am...