Bakıda sabiq rəis həbs edildi
Suraxanı Rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımov rüşvət almaqda ittiham olunur.
BAKU.WS "Qafqazinfo"a istinadən xəbər verir ki, M.Haşımov bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İttihama görə, o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan rüşvət alıb. Ağır cinayətə görə rəis barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayətdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi zərər çəkib. Cinayət işi üzrə zərərçəkmiş qismində də elə sözügedən agentlik tanınıb.
Oxşar xəbərlər
Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan d...