Bakıda qəzaya düşən sürücünü döyüb xəstəxanalıq etdilər - VİDEO

Bakıda qəzaya düşən sürücünü döyüb xəstəxanalıq etdilər - VİDEO
Video
Hadisə 981
Nərimanov rayonunda 2 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb. BAKU.WS xəbər verir ki, hadisə akademik Həsən Əliyev və Mirəli Qaşqay küçələrinin kəsişməsində baş verib."Lada Priora" markalı nəqliyyat vasitəsi Mirəli Qaşqay küçəsinə dönmə əməliyyatı etmək istəyən Həsənov Rəşad Rafiq oğlunun idarə etdiyi BMW markalı avtomobilə çırpılıb. Qəzadan sonra "Lada Priora" markalı avtomobildə olan sürücü və sərnişinlər Rəşad Həsənovu döyüblər. Hadisəni törədən şəxslər ərazidən uzaqlaşıb. Rəşad Həsənov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, "Lada Priora"da olan şəxslər içkili olub. Faktla bağlı Nərimanov rayon polis idarəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Son xəbərlər