Azərbaycanda məktəblinin ölümü ilə bağlı YENİ TƏFƏRRÜATLAR

Azərbaycanda məktəblinin ölümü ilə bağlı YENİ TƏFƏRRÜATLAR
Hadisə 833
Goranboy rayonunun Xoylu kəndində 2003 cü il təvəllüdlü Süleymanov Əli Şahin oğlunun ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.Bu baradə BAKU WS-in bölgə muxbirinə sürücünün xalası oğlu Fuad Nəsibov açıqlama verib.Onun sözlərinə görə hadisə zamanı yolun ortasında "VAZ 21 06" markalı avtomobil dayanıb.Bu zaman "Lada Priora" markalı" avtomobili idarə edən sürücü manevr edən zaman yeniyetmı anidən "VAZ-2106" markalı avtomobilin arxasından çıxaraq "Priora"markalı avtomobilin üzərinə qaçıb.Nəticədə piyada vurulub. Hadisə zamanı yaralı sürücü tərəfindən Gəncə şəhər Mərkəzi Kliniki Xəstəxanasına aparılıb, polisə də sürücü özü məlumat verib.Həkimlərin bütün müdaxiləsinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Yolu keçmək istəyən məktəblini maşın vurdu

Yolu keçmək istəyən məktəblini maşın vurdu

Goranboy rayonunda məktəblinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun X...

587 Hadisə 21:19 04 sentyabr 2019

Son xəbərlər