Bakıda qəza - Avtomobil 50 min manatlıq bitkiyə ziyan vurdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.
Belə ki, eyni istiqamətdə hərəkətdə olan “Hyundai” və” Niva” markalı avtomobillər toqquşub. Hadisə zamanı zərbənin təsirindən “Niva” markalı avtomobil yolun kənarındakı bordürü aşaraq dəyəri təxminən 50 min manat olan dekorativ kol bitkisinə ziyan vurub.
Bundan başqa, yol təsərrüfatına da ziyan dəyib.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...