Bakıda qara paltarlı adam mağazaya 3500 manatlıq ziyan vurdu - VİDEO

Gecə vaxtı Bakıda oğurluq hadisəsi baş verib. Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, "V" massivində qeydə alınıb.BAKU.WS xəbər verir ki, bu barədə mağaza sahibi Trend-ə bildirib.Onun verdiyi məlumata görə, qarətçi mağazaya səhər saat 5 radələrində daxil olaraq əlindəki küt alətlə qıfılı qırıb və 3500 manatlıq mal oğurlayıb:
"Oğurluq baş verən gün 2500 manatlıq mal gəlmişdi və hamısı bağlamada olub. Qarətçi içəri daxil olub həmin bağlamanı və vitrində olan mallardan bir neçəsini aparıb. Oğurluqla bağlı artıq polisə də məlumat vermişik".
Mağazanın xanım sahibi bildirib ki, son bir həftədə həmin ərazidə artıq ikinci oğurluq hadisəsidir.
Oxşar xəbərlər
Bakıda 350 manatlıq 25 illik viski oğurlandı – VİDEO
Bakının Nərimanov rayonunda mağazalardan birində oğurluq olub. Bu barədə BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, Həsən Əliyev küçəsi 85 ünvanında yer...