Bakıda qanlı cinayət - 36 yaşlı kişini öldürdülər

Noyabrın 10-da saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1984-cü il təvəllüdlü Zeynalov Əli Aydın oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Nərimanov rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Rəhimli Elnur Marif oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Əli Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Elnur Rəhimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Prokurorluq Xaçmazda ər-arvadın güllələnərək qətlə yetirilməsilə bağlı məlumat yaydı
Sentyabrın 18-də saat 06 radələrində odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən Xaçmaz rayon Ləcət kənd sakinləri Sona Yunusovanın yaşadığı evdə...
