Bakıda 44 yaşlı kişi evində qətlə yetirilib
Suraxanı rayonu ərazisində 1976-cı il təvəllüdlü İlkin Həsənovun yaşadığı evdə öldürülməsi barədə iyulun 30-da məlumat daxil olmuşdur. Suraxanı rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. İstintaqla 1967-ci il təvəllüdlü Məhəmməd Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İlkin Həsənova çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Məhəmməd Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Bakıda kirayənişin otaq yoldaşını öldürüb - RƏSMİ
İyulun 27-də paytaxtın Sabunçu rayon sakini, 1965-ci il təvəllüdlü Hüsnü Əliyevin meyitinin yaşadığı evin həyətində aşkar edilməsi barədə Sabunçu rayon prokuror...