Bakıda kirayənişin otaq yoldaşını öldürüb - RƏSMİ
İyulun 27-də paytaxtın Sabunçu rayon sakini, 1965-ci il təvəllüdlü Hüsnü Əliyevin meyitinin yaşadığı evin həyətində aşkar edilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
BAKU.WS Sabunçu rayon Prokurorluğuna istinadən xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Həmin məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsnü Əliyevin bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsi müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin zərərçəkmiş şəxslə eyni ünvanda kirayədə yaşayan, 1994-cü il təvvəllüdlü Əliyev Kamran Barat oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Əliyev Kamran Barat oğlunun tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Oğlunu öldürdüb gəlini ilə eşq yaşayan ata - Azərbaycanda ən səs-küylü QƏTLLƏR
Azərbaycanda elə cinayət hadisələri baş verib ki, onlar böyük səs-küyə səbəb olub, cinayətin detalları isə insanın qanını donduran tipdən olub. BAKU.WS “Ölkə.Az...