Bakıda qadının qızıl boyunbağısını götürüb qaçan şəxs saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində cari ilin oktyabr ayında qeydə alınan soyğunçuluq hadisəsini törədən şəxs saxlanılıb. Əməliyyat zamanı soyğunçuluq etməkdə şübhəli bilinən Elman Verdiyev tutularaq Polis Bölməsinə gətirilib.
Qeyd edək ki, E.Verdiyev hadisə günü S.S.Axundov küçəsində paytaxt sakini olan bir qadının dəyəri 1 000 manat olan qızıl boyunbağısını dartıb ələ keçirərək hadisə yerindən qaçıb. Saxlanılan şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edərək taladığı boyunbağını qızıl qəbulu məntəqələrindən birində 400 manata satdığını qeyd edib.
E.Verdiyev barəsində 5-ci Polis Bölməsində toplanan materialları Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
"Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.
Oxşar xəbərlər
Hamilə gəlinin hamamda başına gətirilən DƏHŞƏT - Azərbaycanda ŞOK ƏMƏL
“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləm...