Bakıda qadına zor tətbiq etdilər

Bakıda qadına zor tətbiq etdilər
Hadisə 1173
Bakıda qadın zor tətbiq ediblər.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Əliyeva aprelin 20-də Pirşağı qəsəbəsi ərazisində naməlum şəxsin ona qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğaları çıxardığını və içərisində şəxsiyyət vəsiqəsi, diplom, maaş kartı və 2 ədəd mobil telefon olan çantanı aldığını bildirib.Müraciətlə əlaqədar dərhal Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov qısa müddətdə saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakı metrosunda qadına qarşı xoşagəlməz hərəkət

Bakı metrosunda qadına qarşı xoşagəlməz hərəkət

Bakı metrosunda qadın qarət olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, metropolitendə Polis Şöbəsinə müraciət edən Ba...

1264 Hadisə 11:31 07 mart 2019

Son xəbərlər