Bakıda qadın həbsdə olan ərinə narkotiki görün nəyin içərisində apardı - FOTO
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Hənifəyev Emin Nizami oğluna arvadı Bakı şəhər sakini Əliyeva Kamalə Kamil qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan plastmas qabdakı bişmiş toyuğun dərisinin altında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,271 qram olan psixotrop maddə - metamfetamin aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Yumurtanın içində narkotik çıxdı - FOTO
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik və psixotrop maddələrin keçiri...