Bakıda qadın doqquzmərtəbəli binada liftdə qaldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti beşinci mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.
Oxşar xəbərlər
Liftdə köməksiz qalan sakin belə xilas edildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən səkkizmərtəbəli yaşayış binasının liftində vətəndaşın...