Bakıda "protiv" sürüb qəza şəraiti yaradan evakuator sürücüsü saxlanıldı - VİDEO

Bakıda qayda pozan evakuator sürücüsü cərimələnib.
BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, fevralın 22-si paytaxtın Əhməd Rəcəbli küçəsində hərəkət edən 99-ET-551 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb və təhlükəli manevr edərək qəza şəraiti yaradıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, videomaterial yayılandan dərhal sonra sürücü aşkar edilib və idarəyə dəvət olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat 4 bal cərimə protokolu tərtib edilib.
Oxşar xəbərlər
Qayda pozan sürücülər: "protiv" gedən, qırımızıdan keçən, yol kəsən... - VİDEO
Bakıda qayda pozan sürücülər vətəndaşlar tərəfindən qeydi alınıb. Avtosfer.az-a təqdim olunan videolarda 5 sürücü qaydanı kobud şəkildə pozur. Belə ki, Həzi Asl...
