Bakıda polis əməkdaşını bıçaqladılar

11
sen
2019
21:34
Bakının Nərimanov rayonunda polis əməkdaşına hücum olub.BAKU.WS-in məlumatına görə, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.İnsident oktyabrın 9-dan 10-a keçən gecə Təbriz küçəsində, 54 nömrəli evin qarşısında baş verib.1972-ci il təvəllüdlü Rövşən İsrafil oğlu Hüseynov sahə müvəkkili, polis kapitanı, 1982-ci il təvəllüdlü polis kapitanı Babək Məhəmmədəli oğlu Abbasova bıçaqla hücum edib. Nəticədə asayiş keşikçisi qolundan üç bıçaq yarası alıb. Rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət) üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Bakıda polis polkovnikinin oğlu özünü 5-ci mərtəbədən atdı (YENİLƏNİB)
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Ə.Ağayevin oğlu 1991-ci il təvəllüdlü Orxan Ağayev Nərimanov rayonunda yaşadı...
