Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
09
apr
2022
22:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonunun Azadlıq prospektində yolu keçən paytaxt sakini Ofelya Əliyeva sürücü M.Hetenyinin idarə etdiyi “Kia Sportage” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...