Bakıda piyada keçidində maşınla vurulan kişi öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, , 23 avqust 2026-cı il tarixdə saat 23 radələrində Pərviz Salman oğlu Rəsulov idarə etdiyi "Toyota Camry" markalı avtomobillə Yusif Səfərov küçəsində hərəkətdə olarkən piyada keçidində yolu keçən 1994-cü il təvəllüdlü Samir Qeys oğlu Əlizadəni vurub.
Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Oxşar xəbərlər
Qubada avtomobil piyadanı vuraraq öldürüb
Quba rayonunda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisind...