Bakıda piyada keçidini zəbt edən tikili sökülür - VİDEO
06
okt
2023
14:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhər Nərimanov rayonu Maqsud Əlizadə küçəsində piyada keçidində inşa edilmiş qanunsuz tikili sökülür.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, piyadaların, fiziki məhdudiyyətli şəxslərin, uşaq arabalarının hərəkətinə ciddi maneə yaradan tikilinin söküntüsü işlərinə ötən gecədən etibarən başlanılıb.
Məsələ ilə bağlı Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, həmin tikili əvvəllər polis sahə müvəkkilinin məntəqəsi kimi fəaliyyət göstərib. Söküntüdən sonra ərazidə abadlaşdırma işləri görüləcək.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...