Bakıda parkda söyüş söyən iş adamı HƏBS OLUNDU
Bakıda parkda söyüş söyən iş adamı həbs olunub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun parkında qeydə alınıb.
Tikinti şirkətlərindən birinin direktoru 43 yaşlı Samir Behbudov parkda telefonla danışarkən yüksək səslə söyüş söyüb. Onun sözlərinə görə, əvvəlcə telefonla danışdığı şəxs onu söydüyü üçün özündən çıxıb və nalayiq ifadələrlə cavab verib.
Bu zaman xidmətdə olan mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb, irad bildiriblər. Lakin şok vəziyyətində olduğu üçün Samir polisə tabe olmayıb və söyüş söyməyə davam edib.
Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.
Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə keçirilən iclasda Samir Behbudov barəsində 15 gün müddətinə inzibati həbs cəzası verilib.
Oxşar xəbərlər
Bakıda bayram tonqalı yanğına səbəb oldu
Bakının Xətai rayonu ərazisində bayram tonqalı yanğına səbəb olub. Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, Əhmədli Şirvani 2 ü...