Bakıda papağa görə dava düşdü, ər arvadını döydü
Bakıda kişi arvadını papağa görə döyüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü İlkin Muradzadə 2022-ci ildə ailə həyatı qurub. Onların birgə nikahdan bir övladları dünyaya gəlib.
Bir ay əvvəl İlkin axşam işdən evə gəlib və başındakı papağı götürüb azyaşlı övladının başına qoyub. Həyat yoldaşı həmin papağı uşağın başından götürüb stolun üstünə qoyub və bu hərəkət İ.Muradzadəni əsəbiləşdirib. Cütlük papağa görə mübahisə edib və mübahisə zamanı İ.Muradzadə həyat yoldaşını döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və İ.Muradzadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
İmişli rayonunda bədbəxt hadisə baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Mehman Cavadovu elektrik cərəy...