Bakıda oyuncaq tapança ilə "Topaz"a hücum edib qarət etdi

Bakıda oyuncaq tapança ilə Topaza hücum edib qarət etdi
Hadisə 536
Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev deyib.Onun sözlərinə görə, müraciətlə əlaqədar dərhal Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda qadından 43 min dollarlıq cinayət

Bakıda qadından 43 min dollarlıq cinayət

Bakı şəhər sakini A.İsmayılov bu il yanvarın 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılıb 43 min ABŞ dollarının alındığını bildirib.Daxili İşlər Nazirliy...

419 Hadisə 13:15 04 iyul 2019

Son xəbərlər