Bakıda otluq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB
Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində otluq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***15:15
Bakıda otluq ərazidə yanğın başlayıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in 112 qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində otluq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Bakıda metro yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB - FOTO/VİDEO
“Ulduz” metrostansiyasının yaxınlığında baş verən yanğın söndürülüb. FHN-dən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 13:00 radələrində FHN-in “112” qaynar...