Bakıda narkotik satan ələ keçdi - FOTO

Bakıda narkotik satan ələ keçdi - FOTO
Foto
Hadisə 449
Bakıya satmaq üçün narkotik vasitələr gətirən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Astara rayon sakini əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov paytaxt ərazisində saxlanılıb.Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda 72,6 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin və 8,1 qram metamfetamin aşkar olunaraq götürülüb.Q.Şahbazov ifadəsində narkotik vasitələri Astara rayonunda adı istintaqa məlum olmayab şəxsdən əldə etdiyini və satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib.Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıda keçmiş məhbus narkotiklə tutuldu

Bakıda keçmiş məhbus narkotiklə tutuldu

Bakının Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.V...

382 Hadisə 13:15 09 sentyabr 2019

Son xəbərlər