Bakıda məşhur mağazadan külli miqdarda pul oğurlandı
"AZNUR" MMC-nin tabeçiliyində olan "Belaruski" mağazalar şəbəkəsinin filialından külli miqdarda pul oğurlanıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, mağazada fəhlə kimi çalışan Anar Məmmədov (adı və soyadı şərtidir) müdirin otağına qanunsuz daxil olaraq 36 404 manat məbləği cinayət yolu ilə mənimsəyib.
Seyfdən oğurladığı pulların bir qismini öz ehtiyacları üçün xərcləyən Anar Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman cinayət əməlini etiraf edib.
Saxlanılan zaman üzərində 32 900 manat olan təqsirləndirilən şəxs dəymiş zərərin qalan hissəsini "AZNUR" MMC-yə ödəyib. Bundan sonra zərərçəkmiş şəxs A.Məmmədovdan şikayətçi olmayıb.
Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən, 1999-cu il təvəllüdlü A.Məmmədovun azadlığı üç il müddətinə məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) keçirilən əməliyyat nəticəsində saxlanılan rayonun icra başçısının sabiq müavini Nadir Muradovun və digər sabiq vəzifəli...